Xəbərlər

Prokurorluq xəbərdarlıq etdi

  • 06 Jul 2021
  • 546733 baxış

Baş Prokurorluq yanğın təhlükəsizliyi qaydaların pozulması ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuat xidmətindən xalqtv.com -a verilən məlumata görə, xəbərdarlıqda deyilir:

"Ölkə ərazisində yanğın hadisələrinin sayı artmaqdadır. İstehsalatda, məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması, elektrik, qaz cihazı, qurğuları və sobalarının quraşdırılması və istismarı qaydalarının pozulması, müəyyən edilmiş standartlara cavab verməyən elektrik xəttlərinin quraşdırılması və istismarı baş vermiş hadisələrin əsas səbəblərindəndir. Elektrik təchizatına məsul şəxslərdən bu sahədə norma və qaydalara riayət edilməsi tələb olunur.

Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR