Dünya

Meksikada futbol oyunu zamanı stadionda atışma olub, ölənlər var

  • 06 Jul 2021
  • 856322061 baxış

Meksikanın Kuernavaka şəhərində (Morelos ştatı) futbol üzrə yerli komandaların oyunu zamanı stadionda atışma baş verib.

xaltv.com bildirir ki, naməlum silahlılar avtomobil və motosikletlərlə stadiona gələrək insanlara atış açıblar.

Məlumata əsasən, hadisə nəticəsində 4 azarkeş həlak olub, 3 nəfər isə yaralanıb.

Bildirilir ki, silahlıların "isti izlər"lə axtarışı nəticə verməyib, lakin onların şəhərdə narkotik maddələrin satışına nəzarəti ələ keçirmək istəyən cinayətkar qruplaşmalardan birinin üzvləri olduqları ehtimal edilir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR