SAĞLAMLIQ

Sən demə, işdə yuxulamağın ƏSL SƏBƏBİ BU İMİŞ

  • 09 May 2017
  • 279 baxış

Son zamanların ən sıx yayılmış problemlərindən biri xroniki yorğunluqdur. Hətta həftəsonu istirahətindən sonra da insanlar dinclik tapa bilmir, halsız görünür, işləməyə həvəsi olmur. İndiyədək bu problemin səbəbi psixi olaraq göstəlirdi. Yeri gəlmişkən, təkcə ABŞ-da 2,5 milyon insan xroniki yorğunluqdan əziyyət çəkir.

Xəstəliyin səciyyəvi cəhətləri kimi özünü daim yorğun hiss etmə, tez yorulma, diqqətin və yaddaşın pozulması, tez özündən çıxma, əhval-ruhiyyənin hətta cüzi təsir nəticəsində tez-tez dəyişməsi, ağlağanlıq, deyingənlik, hər hansı xəstəliklə əlaqədar və tez-tez təkrarlanan baş ağrıları, bəzən miqren, yuxunun pozulması, gündüzlər yuxulama hallarını göstərmək olar.

Xəstələrdə iş qabiliyyətinin getdikcə zəifləməsi baş verir, onlar əmək qabiliyyətini artırmaq məqsədilə, gecə normal yatmaq üçün yuxugətirici dərmanlar qəbul edirlər. Eləcə də bir qrup insanlarda çəkinin azalması, azhərəkətli həyat tərzi sürən şəxslərdə isə əksinə piylənmə yaranır. Oynaqlarda, xüsusən də iri oynaqlarda və onurğa sütunu əzələlərində uzun müddət davam edən ağrılar, ruh düşkünlüyü, əhval-ruhiyyənin aşağı olması, süstlük, soyuqluq, bəzən isə təlaş da xəstəlik üçün səciyyəvidir.

XalqTV.com xəbər verir ki, Amerika alimləri bunun səbəbini araşdırıblar. Məlum olub ki, xroniki yorğunluq bağırsaq mikroflorası çatışmazlığından və ya pozuqluğundan yaranır.

Vaxtilə bir qrup alim maraqlı açıqlama vermişdi ki, insanı idarə edən əsas beyin deyil, bağırsaqdır. Bağırsaq sistemi düzgün işləməyən insanların əqli səviyyəsi yerində olmur. Yəni beyni idarə edən də bağırsaqdır. Hətta iddia olunurdu ki, ruhi xəstəxanalardakı insanların çoxu əqli deyil, bağırsaq problemlərinin ucbatından bu dərəcəyə çatıblar. Əgər onların bağırsaqlarının fəaliyyəti tənzimlənsə, tədricən psixi vəziyyəti də stabilləşər.

Bəs bu proses necə baş verir?

Məlumdur ki, mədə-bağırsaq traktında yaşayan bakteriya mərkəzi sinir sistemi və həzm sistemi arasında rabitə yaradır. Mədədən bağırsağa horra şəklində keçən qidanın lazımi komponentləri bağırsağın təbii mikroflorası ilə birlikdə qana sorulur, oradan digər orqanlara ötürülür. Xüsusən də Lachnos iraceae və Por hyromonadaceae adlı bakteriyaların pozulması ilə beyinə siqnal düzgün şəkildə ötürülmür. Nəticədə isə sinir sistemi ilə bağlı problemlər ard-arda düzülür.

Alimlər belə hesab edirlər ki, xroniki yorğunluqdan xilas olmaq üçün ilk növbədə disbakteriozdan müalicə almaq lazımdır. (publika.az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO