Xəbərlər

Azərbaycanlı alimin hazırladığı

  • 08 Jul 2021
  • 523255 baxış

"Hazırda insanlar üzərində sınaqdan keçirilən 100-dən çox peyvənd var".

Bunu xalqtv.com açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, daha kliniki sınağa gəlməmiş, laboratoriya sınaqlarında olan 180-ə yaxın vaksin var: "Bu vaksinlərdən biri də AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən tütündən hazırlanan peyvənddir. Bu peyvənd sınaq mərhələsinə girib. Bu, o mənaya gəlir ki, klinik sınaqlardan keçərsə, gələcəkdə həmin vaksinin istehsalı mümkün ola bilər. Vaksinin insanlara tətbiq olunması üçün uzun zaman keçməsi lazımdır. Əslində bu, illər alan məsələdir, amma COVID vaksinlərində dünya bunu daha tez bacardı. İnşallah, bu da işə yarayan vaksinlərdən biri olar. Nə qədər çox vaksin olarsa, o qədər yaxşıdır".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR