Xəbərlər

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alan var

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 13 Jul 2021
  • 199 baxış

Şəkidə bir nəfərin xəsarət alması ilə nəticələnən yil-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Xalq  Tv-ya istinadən bildirir ki, hadisə Yevlax Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Şəki rayonunun Cəfərabad kəndinin ərazisindən keçən 41-ci km-də qeydə alınıb. Belə ki, Şəkinin Şirinbulaq kənd sakini, 1965-ci il təvəllüdlü Bebişov Faiq Abbas oğlunun idarə etdiyi "Daimler Chrysler E200" markalı 66 BG 033 dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Kişvarov Eldar Hacırza oğlunun idarə etdiyi "Hyundai Accent" markalı 99 DU 450 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində "Hyundai Accent"də olan Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Antonoviç Qalina Alekseyevna aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR