Xəbərlər

Vətəndaşın mülkü əlindən alınıb:

  • 16 Jul 2021
  • 16208 baxış

Məhərrəm Quliyev deyir ki, atasının adına olan 8 sot torpaq sahəsi xəbərdalıq edilmədən başqa şəxsin adına keçirilib.

Şəmkirin Çinarlı qəsəbəsində anadan olan Quliyev Məhərrəm Yaşar oğlu Xalqtv.com-a müraciət edərək, atasının adına olan 8 sot torpaq sahəsinin qanunsuz olaraq başqa şəxsə satıldığını iddia edir. Məhərrəm Quliyev dəfələrlə aidiyyatı qurumlara müraciət etdiyini desə də, problemi həllini tapmayıb: "1997-ci ildə Şəmkirin Çinarlı qəsəbəsində hər ev başına 8 sot həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq atam Quliyev Yaşar Hüseyn oğlunun adına olub. 2009-cu ildə isə verilmiş 8 sot torpaq sahəsi qanunsuz sənəd əsasında satılıb. Dəfələrlə Şəmkir rayonu Çinarlı qəsəbəsi bələdiyyəsinə və kənd sovetinə, eyni zamanda Şəmkir şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. Ora getdiyim zaman Torpaq və xəritəçəkmə şöbəsinin nümayəndəsi də orada idi. Daha sonra icra başçısının müavini Tofiq müəllim məni qəbul etdi. Problemimi ona danışdım. Bildirdi ki, biz sənə kömək edə bilmərik.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR