Xəbərlər

İranda ötən sutka

  • 16 Jul 2021
  • 1477 baxış

İranda ötən sutka ərzində 199 nəfər koronavirusdan (COVID-19) ölüb.

Xalqtv.com istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 86 791 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 21 885 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 485 941 nəfərə çatıb. Virus daşıyıcılarından 4 135 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 3 101 618 nəfər koronavirusdan sağalıb, 24,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 7,93 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5,68 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,25 min təşkil edir.

xalqtv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR