Xəbərlər

Qurbanlıq almaq istəyənlərin nəzərinə

  • 17 Jul 2021
  • 1663 baxış

Qurban bayramına sayılı günlər qalıb. Elə buna görə də, bu gündən qurbanlıq heyvanların onlayn satışı başlayıb. Artıq vətəndaşlar öz qurbanlıqlarını indidən seçə bilərlər. Qeyd edək ki, satılan qurbanlıqların əksəri yerli təsərrüfatlara məxsusdur. 

Xalqtv.com xezerxeber.az-a istinadən bildirir ki, qurban bayramı ilə əlaqədər satışa çıxarılan heyvanlar əsasən yerli təsərrüfatlara məxsusdur. Bundan başqa, Dağıstan və digər qonşu ölkələrdən də qurbanlıqlar dövlət xətti ilə ölkəmizə gətirilib. 

"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, həmin heyvanların onlayn satışı üçün nəzərdə tutulan portal bu gündən alıcıların istifadəsinə verilib. 

Qurban kəsmək istəyənlər ''qurbanlıq.kendden.az'' saytına daxil olaraq yarmarkalardan çəkisinə uyğun olaraq öz qurbanlıqlarını sifariş edə bilərlər. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları hazır kəsilmiş formada Bakı, Abşeron və Sumqayıt ərazisində 7 yarmarkadan götürə biləcəklər

Həmçinin qurban sifariş edənlərə sifarişin təsdiqi ilə bağlı əlavə sms də göndəriləcək. Qeyd edək ki, portalda sifarişlər 19 iyul saat 00:00-dək davam edəcək. 

Bundan başqa, vətəndaşlar qida təhlükəsizliyi agentliyinin saytına daxil olaraq, oradan da fərdi təsərrüfatlardan gətirilən qurbanlıqları sifariş edə bilərlər.

XALQTV.COM

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR