Şəhid

Suqovuşanda canını fəda edən qəhrəman şəhid - FOTO

  • 17 Jul 2021
  • 18802 baxış

Sizə daha bir qəhrəmanımızı tanıdacağıq. Qızğın döyüşlərdə şücaət göstərən İman Quliyev. O, qəhrəmanlığına görə 5 medalla təltif edilib.

Xalqtv.com xezerxeber.az-a istinadən bildirir ki, hələ orta məktəbdə oxuyarkən hərbi forma geyinərək  bu sahəyə marağı olduğunu gizlətmirdi. Böyüyəndə düşmən tapdağında olan torpaqaları azad edəcəyinə söz vermişdi. Söhbət Yevlax sakini İman Quliyevdən gedir.

O, 1999-cu ilin 11 iyulunda rayonun Salahlı kəndində dünyaya gəlib. İman ailənin son beşiyi, 3 bacının yeganə qardaşı idi. Hərbi xidmətini uğurla baş vurduqdan sonra , 2019-cu ildə Maxe olaraq ordu sıralarında xidmətə başlayıb. 44 günlük Vətən müharibəsinə isə öz uşaqlıq arzularını reallaşıdırmağa,işğalda olan torpaqlarımızı azad etmək üçün qoşulur. Suqovuşandan Laçının Güləbird kəndində qədər şərəfli döyüş yolu keçib.

Qalib ordunun əsgərlərindən olan İman Quliyev ağır döyüşlərdə igidlik,qorxmazlıq nümayiş etdirib. Düşmənin canlı qüvvəsini, texnikalarını məhv edib. 

4 noyabr tarixində şəhidlik zirvəsinə ucalan İman Quliyev ölümündən sonra 5 medalla "Vətən uğrunda", "Laçının azad edilməsinə görə", "Qubadlının azad edilməsinə görə", "Suqovuşanın azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

XALQTV.COM

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR