Xəbərlər

Bu ölkədə Qurban Bayramı

  • 17 Jul 2021
  • 1596 baxış

Hindistanın idarəsi altındakı Cammu Kəşmirdə Qurban Bayramında inək, buzov və dəvələrin qurban olaraq kəsilməsi qadağan edildi.XALQTV.COM lent.az-a istinadən xəbər verir ki, qərar Hindistan Heyvandarlıq Nazirliyinin təlimatı əsasında verilib.

Əhalisinin təxminən 97 faizi müsəlman olan Kəşmirdə xalq Qurban Bayramında qoyun və keçi, bölgəyə bağlı bəzi yerlərdə isə inək kimi böyükbaş heyvanlar qurban kəsərək ibadətlərini yerinə yetirirdilər.

İri buynuzlu malların kəsilməsinin bir çox əyalətdə qadağan olunduğu Hindistanda bu "günah"ı işləyənlərə qarşı pul və həbs cəzası var.

Hindistanda müsəlmanlara qarşı nifrətli sözlərin son illər artdığı müşahidə olunur. 2020-ci ilin 31 iyulunda qurban əti daşıyan bir müsəlman hindlilər tərəfindən iflic edilmişdi.

XALQTV.COM

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-20170-https--news-milli-az-interest-966017-html..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11