Dünya

Facebook-da canlı yayım edən cinayətkar HƏYATININ ŞOKUN YAŞADI - VİDEO

  • 03 Jun 2017
  • 316 baxış

Bir narkotik qaçaqmalçısı qazandığı pulları canlı yayımda göstərərkən şok yaşayıb.

Təcavüz, təhdid, şiddət döymək kimi cinayətlərin Facebook-dan canlı yayımlanması sosial şəbəkə təhlükəsizliyi mövzusunda narahatlıqları artırarkən, amerikalı polislər bu vəziyyətdən xeyirlərinə istifadə ediblər.

XalqTV.com Milliyet-ə istinadən xəbər verir ki, Floridada təqib etdikləri narkotik satıcısının Facebook hesabından canlı yayım etdiyini təsbit edən polislər satıcının evinə basqın ediblər.

Satıcı narkotikdən qazandığı pulları sayaraq canlı yayımda təqibçilərinə göstərəkən polisin basqını ilə nə baş verdiyini anlamaqda çətinlik çəkib.

22 yaşlı narkotik alverçisi otağı sürətlə tərk etsə də, polislərdən xilas ola bilməyib. Polislərin basqın anı Facebook-da canlı yayımda anbaan yayımlanıb.

Məhəmməd Vaqif
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR