idman

Konfrans Liqası: "Qarabağ" Şotlandiyada "Aberdin"lə qarşılaşacaq

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 26 Aug 2021
  • 2574 baxış

"Qarabağ" bu gün növbəti avrokubok oyununu keçirəcək

XalqTv.com apasport.az-a istinadən bildirir ki, ilk dəfə keçirilən Konfrans Liqasında mübarizə aparan Ağdam klubu Şotlandiyada "Aberdin"lə görüşəcək.

ley-off mərhələsinin cavab oyunu qrupa vəsiqənin taleyinə aydınlıq gətirəcək. Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri üstünlüyünü qorumağa çalışacaq.

Son 7 ildə bir dəfə Çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupunda oynayan "Qarabağ" uğurlu seriyasını davam etdirməyə köklənib. Təmsilçimiz 3-cü dərəcəli klub turnirində də buna nail olsa, hər üç yarışda qrupa düşən ilk komandalar sırasında olacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunu
26 avqust
22:45. "Aberdin" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: 
Harald Lexner (Avstriya)
Aberdin. "Pittodri" stadionu
İlk oyun - 0:1

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR