Siyasət

BQXK müharibədə itkin düşmüş azərbaycanlılarla bağlı məlumat yayıb

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 30 Aug 2021
  • 1553 baxış

Minlərlə insan hələ də yaxınları barədə məlumat almağı gözləyir.

XalqTV.com bildirir ki, görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağ müharibəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş, itkin düşmüş azərbaycanlılarla bağlı məlumatında deyilir.

Bildirilir ki, bugün dünyada silahlı münaqişə, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə şəxsin anıldığı Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü qeyd olunur:

"Biz itkin düşmüş şəxslərin ailələrinin yanındayıq və itkin düşmüş yaxınlarını onlarla birlikdə anırıq.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq regionda minlərlə insan itkin düşmüşdür. Bundan qat-qat artıq insan isə öz doğmalarının taleyindən xəbərsiz ağrı içində yaşayır. Bu insanların daima yaşadığı qeyri-müəyyənlik bir çox hallarda onları emosional cəhətdən tükədir və həyatlarında sağalmaz yaralar qoyur. Valideyninin, həyat yoldaşının və ya övladının başına nə gəldiyini bilməmək bu ailələrin çiyinlərinə dözülməz dərəcədə ağır yük qoyur. Onlar ümidlə ümidsizlik arasında, qeyri-müəyyən vəziyyətdə qalır, yas saxlaya bilmirlər.

İtkin düşmüş şəxsin bacısı deyir: "Biz onun hər doğum gününü onsuz qeyd edirik. İllər ötür, o yaşa dolur, lakin mənim xəyallarımda o, hələ də həmin yaşdadır".

BQXK müvafiq qurumların itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və ailələrinə cavab verilməsi istiqamətində gördüyü işlərdə yaxından iştirak edir, onlara dəstək olur. Biz aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir, texniki bilik və səriştəmizi, dünyanın digər ölkələrində qazandığımız təcrübəmizi paylaşmaqla Azərbaycanın hakimiyyət orqanlarının fəaliyyətlərinə yardım göstəririk.

BQXK-nın Baş direktoru Roberto Mardini qeyd edib: "İstərdik ki, itkin düşmüş şəxslərin ailələri bilsin ki, onların yaxınları unudulmur. Onlar tək deyillər. Biz isə dövlətlərin səlahiyyətləri daxilində əllərindən gələni edərək, ailələrə cavab verməsi üçün onlara dəstək olmağa, bununla da ailələrin bilmək hüququnu müdafiə etməyə davam edəcəyik".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR