Nazirlərin olduğu dəfn mərasimində partlayış: 20 ölü, 87 yaralı - YENİLƏNİB
18:46
Əfqanıstanın paytaxtı Kabildə dəfn mərasimində törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, 87 nəfər isə yaralanıb.
XalqTV.com-ın Trend-ə istinadən məlumatına görə, partlayış zamanı dəfndə baş nazir Abdulla Abdulla və xarici işlər naziri Salahuddin Rabbani də iştirak edirdilər. Onların heç biri xəsarət almayıb.
-----------
17:28
Bu gün Əfqanıstanın paytaxtı Kabildə qəbiristanlıqda baş verən bir neçə partlayışda 18 nəfər ölüb.
XalqTV.com-ın Trend-ə istinadən məlumatına görə, partlayışlar Kabildə etirazlarda həlak olanlardan birinin dəfni zamanı törədilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Kabildə prezident sarayında baş verən partlayışda 100 nəfər ölmüş, 600 nəfər yaralanmışdı. Bundan sonra isə paytaxtda ölkə prezidenti Əşrəf Qaninin istefası tələbi ilə kütləvi aksiyalar keçirilir.
XalqTV.com