Xəbərlər

Ağdama getmək istəyənlərin nəzərinə!

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 06 Sep 2021
  • 3227 baxış

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb.

XalqTV.com xəbər verir ki, E. Hüseynov bu barədə tvitter hesabında məlumat yayıb. 

O bildirib ki, səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVİD pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur: "Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir".

Qeyd edək ki, ötən gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz şəhərlərinə səfər ediblər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR