Xəbərlər

Obyektlərdə girişdə vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb edilə bilərmi? - RƏSMİ CAVAB

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 06 Sep 2021
  • 3152 baxış

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində sentyabrın 1-dən etibarən iri ticarət mərkəzləri, hotel, mehmanxana və digər ictimai iaşə obyektlərinə daxil olan şəxs koronavirus infeksiyasına qarşı ən azı 1-ci dozanı qəbul etməlidir.

XalqTV.com bildirir ki, həmin obyektlərə daxil olan şəxsləri polis əməkdaşları deyil, mülki şəxslər yoxlayır. Obyekt nəzarətçiləri vətəndaşdan COVID-19 pasportu ilə yanaşı, şəxsiyyət vəsiqəsi də tələb edir.

Mülki şəxsin vətəndaşın şəxsi məlumatlarını əldə etmək hüququ varmı?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin obyektlərə daxil olan vətəndaşların sənədlərinin yoxlanılmasında heç bir qanunsuzluq yoxdur:

"Bütün hallarda müvafiq qaydada iri ticarət mərkəzlərinə, mehmanxanalara və ictimai iaşə obyektlərinə daxil olarkən vətəndaşların COVID-19 pasportu ilə yanaşı, şəxsiyyətini təsdiq edən sənəd də üzərində olmalıdır. Obyektə daxil olan şəxsdən COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi tələb edilməsində qanunsuzluq yoxdur. Şəxsiyyət vəsiqəsinin tələb edilməsi vətəndaşın COVID-19 pasportunda yazılan məlumatları dəqiqləşdirmək üçündür. Əgər vətəndaşın üzərində COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi yoxdursa, bu zaman vətəndaş ad, soyad və ata adını düzgün təqdim etməli, belə halda həmin şəxsin vaksin olunub-olunmaması xüsusi mobil tətbiq vasitəsilə yoxlanılmalıdır".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR