Şəhid

Naməlum qəbirlər açılır - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 07 Sep 2021
  • 1507 baxış

XalqTv.com Real TV-yə istinadən bildirir ki, Bakıda Şəhidlər Xiyabanında naməlum qəbirlərin açılmasına başlanılıb.

Məqsəd naməlum qəbirlərin sahiblərinin müəyyənləşdirilməsidir. Həmin məzarların Birinci Qarabağ müharibəsi şəhidlərinə aid olduğunu söyləyib.

Bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR