Xəbərlər

Qızdırma yaradan yeni virus aşkarlandı

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 10 Sep 2021
  • 1453 baxış

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər.

XalqTv.com oxu.az-a istinadən xəbər verir ki, yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması" (KKHQ) olan pasiyentlərin qan zərdab nümunələrində tapılıb.

"Manych"a gənə dişləməsindən yoluxmaq mümkündür. Əsas simptomlar titrəmə və təxminən 39 dərəcə yüksək temperaturdur.

Mütəxəssislərin fikrincə, hələlik "manych" təhlükə yaratmır. Bununla belə, virusun mutasiya edə biləcəyi də istisna edilmir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR