Dünya

Suriyada daha 28 dinc sakin həlak olub

  • 03 Jun 2017
  • 229 baxış

Suriyada daha 28 dinc sakin həlak olub.

XalqTV.com modern.az-a istinadən bildirir ki, hadisə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriya ərazisini bombalaması nəticəsində baş verib.

Məlumata görə, İŞİD terror qruplaşmasının Rakka ərazisindəki obyektlərinin bombalanması nəticəsində daha 28 sakin həlak olub. Hava zərbələri nəticəsində həmçinin onlarla dinc sakin yaralanıb.
Qeyd edək ki, bu, ilk hadisə deyil. Beynəlxalq koalisiya qüvvələrinin İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları zamanı yüzlərlə insan həlak olub. Koalisiya qüvvələrinin son məruzəsində bildirilir k, İŞİD-ə qarşı əməliyyatların başlanğıcından hava zərbələri nəticəsində azı 484 öldürülüb.

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR