idman

Futbolçu yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 14 Sep 2021
  • 1977 baxış

"Heerenveen" (Hollandiya) klubunda oynayan isveç futbolçu Rami Kaib yerkökü yeyərkən çənəsini sındırıb. Bu səbəbdən gənc futbolçu bir müddət komandasına kömək edə bilməyəcək.

XalqTv.com oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Kaib bir müddət əvvəl oynayarkən çənəsindən ağır zərbə alıb. Buna baxmayaraq o, məşqlərə və əlbəttə ki, yemək yeməyə davam edib. Nahar fasiləsi zamanı yerkökü yeyərkən isə tərəvəz gözlədiyindən bərk olub və çənəsini qırıb.

Qeyd edək ki, Rami Kaib bu mövsüm komandanın ilk iki matçına qatılıb.

Onun yenidən komandaya qayıdacağı dəqiq tarix hələ açıqlanmayıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-20411-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11