Dünya

Daha bir ölkə vaksinli turistlər üçün sərhədləri açır

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 16 Sep 2021
  • 1482 baxış

Çili hökuməti oktyabrın 1-dən etibarən koronavirus əleyhinə vaksin olunan turistlər üçün sərhədləri açmağı planlaşdırır.

XalqTv.com Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, Çiliyə gələn turistlər vaksin olunduqlarını təsdiq edən sertifikatı xüsusi portala yerləşdirməli və yoxlama prosesini gözləməlidir. Ölkəyə daxil olan turist 5 günlük karantinə alınacaq.

Bir müddət əvvəl Tailand hökuməti də oktyabrın 15-dən başlayaraq koronavirusa qarşı peyvəndlənmiş xarici turistləri qəbul etməyə hazır olduğunu bildirmişdi

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR