idman

Konfrans Liqası: "Qarabağ" bu gün "Bazel"lə qarşılaşacaq

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 16 Sep 2021
  • 1473 baxış

XalqTv.com bu gün "Qarabağ" növbəti avrokubok oyununu keçirəcək.

Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının qrupunda ilk maçına çıxacaq.

Ardıcıl 8-ci dəfə avrokubokların qrupunda oynayan Qurban Qurbanovun yetirmələri mübarizəyə evdə start verəcək. Təmsilçimiz İsveçrə "Bazel"i ilə üz-üzə gələcək.

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.

Ağdam təmsilçisinin heyətində zədəli müdafiəçilər Bədavi Hüseynov, Elçin Cəfərquliyev və zədəsini yeni sağaldan Rahil Məmmədov oynamayacaq.

Qonaqlarda isə qapıçı Feliks Gebhardt, müdafiəçilər Andrea Padula, Eray Cömert, Nasser Jiqa, yarımmüdafiəçilər Jordi Kintilya, Edon Jeqrova və hücumçu Sebastyano Espozito eyni səbəbdən meydana çıxmayacaq.

Oyun "Qarabağ"ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdar olacaq. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxacaq.

Konfrans Liqasında məğlubiyyət nə olduğunu bilməyən "Qarabağ" doğma azarkeşləri önünə 3 xal üçün çıxacaq.

Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Bu qrupun digər görüşündə "Kayrat" Qazaxıstanda Kipr "Omoniya"sı ilə üz-üzə gələcək.

Konfrans Liqası
H qrupu, I tur
16 sentyabr

20:45. "Qarabağ" (Azərbaycan) - "Bazel" (İsveçrə)
Baş hakim: Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR