Xəbərlər

Polad Həşimov küçəsinin sakinləri ərazidə gedən abadlıq işlərindən narazıdır - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 20 Sep 2021
  • 248 baxış

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyan küçənin sakinləri bu ərazidə gedən abadlıq işlərindən narazıdır. Çünki əsas yolda gedən təmir işləri ara küçələrə şamil edilməyib. Bəzi yerlərdə isə kanalizasiya qapağı qoyulmayıb. 

XalqTv.com Xəzər TV-yə istinadən xəbər verir ki, Milli Qəhrəman, Tovuz döyüşlərində öz şücaəti ilə yaddaşlarda iz buraxan şəhid Polad Həşimovun adının əbədiləşdirildiyi keçmiş Naximov küçəsinin sakinləri ərazidə gedən abadlıq işlərindən şikayətçidir.

Əsas yolda gedən təmir işləri ara küçələrə şamil edilməyib. Bəzi yerlərdə binaların həyətləri asfaltlanmayıb, bəzi yerlərdə kanalizasiya qapağı qoyulmayıb.

Küçənin asfaltlanan hissəsi digər yerlərə nisbətən daha yuxarıda olduğuna görə sakinlər həm də yağıntıların evlərinə dolacağından narahatdırlar.

Qeyd edək ki, bu ərazidə yaşayanların böyük əksəriyyəti hərbçilər olduğundan sakinlər burada heç bir problemin olmasını istəmirlər.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən ərazidə təmir-bərpa işləri hələ yekunlaşmayıb. Həftənin ilk iş günündə məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat veriləcək.

Avtomobil Yolları Dövlət Agentliyindən də "Xəzər Xəbər"ə təsdiqlədilər ki, Polad Həşimov küçəsinin özü tamalilə asfaltlanıb. Yalnız həmin yola birləşən məhəlləarası yollarda asfaltlanma işi yarımçıq qalıb ki, bu ilin sonuna qədər həmin yerlər də təmir ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR