Xəbərlər

Əhaliyə MÜRACİƏT - Bu tarixdə küçəyə çıxmayın!

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 24 Sep 2021
  • 1855 baxış

Vətəndaşlarımızın koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən XalqTv.com-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah, sentyabr ayının 25-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR