idman

Messi PSJ-də ilk qolunu vurdu

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 29 Sep 2021
  • 1681 baxış

PSJ-nin hücumçusu Lionel Messi Paris təmsilçisində ilk qolunu vurub. XalqTv.com matc.az-a istinadən bildirir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən "Mançester Siti" ilə matçda fərqlənib.

74-cü dəqiqədə fərqlənən Messi komandasının 2-ci qolunu vurmaqla matçda yekun nəticəni müəyyənləşdirib. 34 yaşlı hücumçu bu yay transfer olunduğu PSJ-də əvvəlki oyunları qolsuz başa vurmuşdu.
 
Qeyd edək ki, Messi avqustda PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR