Xəbərlər

Vətən müharibəsinin 4-cü günü nə ilə yadda qaldı? - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 01 Oct 2021
  • 1783 baxış

Vətən müharibəsinin hər günü şanlı tarixin bir parçasıdır. 30 sentyabr döyüşlərinə nəzər yetirsək , bir gün ərzində düşmənə vurulan sarsıdıcı zərbələri açıq-aydın görmək mümkündür. Bir il əvvəl bu gün Ermənistan ordusunun hərbi hissələrinin dağıdılması, texnikalarının məhv edilməsi və qarşı tərəfin yalan açıqlamaları ilə yadda qaldı. Azərbaycan Ordusu üçün uğurlu əməliyyatlar günü olan 30 sentyabrda dövlət başçısı yaralı hərbçilərimizlə görüşdə bir sıra sərt açıqlamalar da verib.

XalqTv.com Xəzər TV-yə istinadən bildirir ki, 30 sentyabr gününün ilk saatları düşmənə endirilən sarsıdıcı zərbələrlə başlayır. Gecə saat 00:20  radələrində "Harop" zərbəendirici pilotsuz uçuş aparatı ilə yüksək rütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb. Bunkerdə Ermənistan silahlı qüvvələrinin bir generalı, bir neçə polkovniki və digər yüksək rütbəliləri olub

Gecə boyunca Ermənistan ordusuna məxsus texnikaların vurulması davam edib. Döyüş meydanında məğlub olan düşmən səhər saatlarında yaşayış məntəqələrimizi atəşə tutub.

Elə həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Dövlət başçısı Azərbaycan xalqının öz qəhrəman övladları ilə qürur duyduğunu bildirib. Prezident qeyd edib ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.

Bu müddət ərzində isə ordumuz dayanmır. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 1 ədəd "Uraqan"  yaylım atəşli reaktiv sistemi, 2 ədəd 9K33 OSA zenit-raket kompleksi, 4 ədəd BM 21 QRAD  yaylım atəşli reaktiv sistemi, 1 ədədpıyadanın döyüş maşını , 4 ədəd 20  haubitsa-topu, 16 ədəd tank və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilir.

Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri qüvvələrimiz tərəfindən ələ keçirilir.

30 sentyabr həm də Ermənistan ordusu tərəfindən atılan "Toçka-U" taktiki raket kompleksinə məxsus raketlərin köhnə və keyfiyyətsiz olması səbəbindən partlamaması ilə yadda qaldı. Günün son saatlarında isə Ermənistan ordusunu gərgin gecə döyüşləri gözləyirdi. Ötən il elə bu saatlarda Cəbrayılın daha bir neçə kəndinin  azad edilməsi üçün düşmənin müdafiə xəttinin dərinliklərində döyüş əməliyyatları icra edən xüsusi təyinatlılarımız taktiki addımlar atmaqda idi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR