idman

Rəcəbov Məmmədyarova qalib gəldi

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 04 Oct 2021
  • 2097 baxış

Oktyabrın 3-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour"un final mərhələsinin 8-ci turunun oyunları keçirilib.

XalqTv.com Trend-ə istinadən bildirir ki, 8-ci turda qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəliblər. T.Rəcəbov Ş.Məmmədyarova 2,5:1,5 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-20552-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11