Dünya

78 yaşlı ərini öldürən 66 yaşlıdan heyrət dolu etiraf: Cəhənnəmdə çürüsün

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 14 Oct 2021
  • 2010 baxış

Böyük Britaniyada ərini öldürən qadının etirafları hər kəsi heyrətə salıb.

XalqTv.com "Metro"ya istinadən xəbər verir ki, etdiyi hərəkətə görə tövbə etməkdən imtina edən qadın ərinin haqqında "cəhənnəmdə çürüməsini" arzulayıb. 66 yaşlı Penelope Cekson 78 yaşlı Devid Ceksona üç bıçaq zərbəsi endirib. Yaralı xilasetmə xidmətinə zəng vursa da, həyat yoldaşı həkimlər gələnə kimi ona yardım göstərməkdən imtina edib. Nəticədə Devid dünyasını dəyişib. Məhkəmə qarşısına çıxan Penelope prosesin bütün iştirakçılarından "narahatlıq" üçün bağışlanma diləyib. Əlavə olaraq, 1998-ci ildə oğlunun ilk evliliyindən intihar etməsindən sonra ərinin onu təhqir etməyə başladığını söyləyib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR