Hadisə

Bakıda 15 yaşlı oğlan atasının istəyi ilə anasını yandırdı

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 15 Oct 2021
  • 1313 baxış

Bakıda oğlan anasını yandırıb.

Hadisə Bakının Xəzər rayonunda qeydə alınıb.

XalqTv.com oxu.az-a istinadla bildirir ki, 15 yaşlı M.Nəsirov anası 35 yaşlı G.Nəsirovanının üzərinə qaynar su tökərək onu yandırıb. Xəsarətlə nəticələnən hadisə üç ay əvvəl boxu.az-a istinadla bildirir ki, 15 yaşlı M.Nəsirov anası 35 yaşlı G.Nəsirovanının üzərinə qaynar su tökərək onu yandırıb. Xəsarətlə nəticələnən hadisə üç ay əvvəl baş versə də, təfərrüat indi məlum olub.

Belə ki, həmin vaxt G.Nəsirovanının su qızdırıcısının partlaması nəticəsində xəsarət alması barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Aparılan araşdırmalar nəticəsində hadisənin əslində su qızdırıcısının partlaması nəticəsində deyil, G.Nəsirovanın oğlu M.Nəsirov tərəfindən qəsdən törədildiyi məlum olub. Məlumata görə, M.Nəsirovu buna atası C.Nəsirov məcbur edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Ata və oğul saxlanılıb.

Onların günahı sübuta yetiriləcəyi təqdirdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR