Xəbərlər

Ötən gün toylara görə daha 16 nəfər cərimələnib

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 19 Oct 2021
  • 2176 baxış

Oktyabrın 18-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 69 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən XalqTv.com-a verilən məlumata görə, monitorinq 16 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 163 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR