idman

Ronaldo “Mançester Yunayted”ə Zidanı məsləhət gördü

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 20 Oct 2021
  • 2057 baxış

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo klubu Zinəddin Zidanın çalışdırmasını istəyir.

XalqTv.com-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 36 yaşlı hücumçunun komandanın hazırkı baş məşqçisi Ole Qunnar Sulşer ilə münasibəti yaxşı deyil. Həmçinin klub rəhbərliyi də 48 yaşlı mütəxəssisin fəaliyyətindən narazıdır. Buna görə də Ronaldo "Mançester Yunayted" rəhbərliyinə baş məşqçi vəzifəsi üçün "Real"ın sabiq çalışdırıcısı Zinəddin Zidanı məsləhət görüb. İspaniyanın "Mega" kanalında yayımlanan "El Chiringuito" proqramında "Mançester Yunayted" nümayəndələrinin artıq Zidanla görüşdüyü bildirilib. 49 yaşlı mütəxəssis hazırda Sulşerin yerinə əsas namizəd hesab olunur.

Əlavə edək ki, Ronaldo 2016-2018, 2019-2021-ci illərdə Zinəddin Zidanın baş məşqçiliyi altında "Real"da oynayıb. Zidan bu ilin yayında Madrid təmsilçisindən istefaya göndərilib. Onu baş məşqçi vəzifəsində Karlo Ançelotti əvəzləyib.

Qeyd edək ki, Ronaldo avqust ayının 31-də "Mançester Yunayted" ilə 2+1 illik müqavilə imzalayıb

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR