Xalq tv Vətən Pərvər Verlişi

Zəfər Günümüz Mübarək!!!

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 08 Nov 2021
  • 3241 baxış

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında və Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində apardığı uğurlu döyüş əməliyyatları və mənfur düşmənimiz üzərində çaldığı qələbənin xalqımız tərəfindən 8 noyabr tarixində qələbə - “Zəfər bayramı” kimi qeyd olunması barədə “Xalq tv”nin aparıcı müxbiri Vəfa Ələkbərova, ehtiyatda olan polkovnik-leytenant, şair Hüseyn Faxralıdan (Hüseyn Aslan oğlu Hüseynov) müsahibə almış və bu mövzuda şairin qələmindən süzülən vətənpərvərlik, sevinc, hiss, həyəcan duyğulu şeirlərini dəyərli oxucularımıza təqdim edirik.


Zəfər Bayramı

 

Millətim qalibdi, Ordum səfərbər,

Zabitim, əsgərim igid, hünərvər,

Qarabağ azaddı, Ordum müzəffər,

Bu “Zəfər Bayramın” mübarək, Vətən !

 

Yağını məhv edib, yadı qovubdu,

Yurduma, yuvama Günəş doğubdu,

Mənfur düşmənimiz məğlub olubdu,

Bu “Zəfər Bayramın” mübarək, Vətən !

 

Günü – gündən abadlaşır torpağın,

Nəfəs alır, yaşıllaşır torpağın,

Dağın – daşın, dinclik tapır torpağın,

Bu “Zəfər Bayramın” mübarək, Vətən !

 

Bayrağın sancılıb şiş zirvələrə,

“Dəmir yumruğ”umuz endirib zərbə,

Canilər canına salıb vəlvələ,

Bu “Zəfər Bayramın” mübarək, Vətən !

 

Damarda qaynayıb, qan coşa – coşa,

Sən tülək Türkümlə addımla qoşa,

Sülh üçün savaşdın, əbədi yaşa,

Bu “Zəfər Bayramın” mübarək, Vətən !

 

Qanla suvarıldı dərələr, düzlər,

Yırtıldı maskalar, açıldı üzlər,

Tökülsün qoy sənə xor baxan gözlər,

Bu “Zəfər Bayramın” mübarək, Vətən !

 

Azad Azərbaycan, tam ərazilər,

Qana qan aldılar, alqış, qazilər,

Ruhunuz şad olsun, əziz Şəhidlər,

Bu “Zəfər Bayramın” mübarək, Vətən !

 

Xarıbülbül şahiddi, Xan Əminin bəstəsi,

Havalanır Şuşadan, “Qarabağ Şikəstəsi”,

Cəh–cəh vurur yenə də bülbüllərin dəstəsi,

Bu “Zəfər Bayramın” mübarək, Vətən !

 

Hüseyn ilhama gəldi, şəninə şeir qoşdu,

Bəstələdi bəstəkar, şəninə nəğmə qoşdu,

Qələbənin sorağı nə şirindi, nə xoşdu,

Bu “Zəfər Bayramın” mübarək, Vətən !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

04.11.2021 12:12

 

ŞANLI ORDUM

 

Ad-sanın, sambalın, ləngər sənindi,

Sən qalib ordusan, zəfər sənindi,

Silahın, süngün var, səngər sənindi,

Bayramın mübarək, ey şanlı Ordum !

 

Qeyrət, hünər, mərdlik sənə məxsusi,

Zabitin, əsgərin, heyətin şəxsi,

Ordular içində çəkin xüsusi,

Bayramın mübarək, ey şanlı Ordum !

 

Qurdağızlı, hünərvərdi əsgərin,

"Cəngi" çalan cəngavərdi əsgərin,

Yurd-yuvanla aydın olsun gözlərin,

Bayramın mübarək, ey şanlı Ordum !

 

Düşməni siçantək deşiynə dürtdün,

Yağıya sərt yumruq, qapaz yedirtdin,

Qarabağa Azərbaycan dedirtdin,

Bayramın mübarək, ey şanlı Ordum !

 

Bu yaltaq yağıya yaxşı dərs verdin,

Tək haya yox, havadara dərs verdin,

Qələbənlə sən dünyaya dərs verdin,

Bayramın mübarək, ey şanlı Ordum !

 

Başımızı uca etdin, papağı,

Əsirlikdən xilas etdin torpağı,

Yaxşı yağla, zağlı saxla yarağı,

Bayramın mübarək, ey şanlı Ordum !

 

Al Günəş, ay-ulduz halalın olsun,

Üzünə doğan Gün, hilalın olsun,

Vətən mülkü cahi-cəlalın olsun,

Bayramın mübarək, ey şanlı Ordum !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

25.06.2021 17:05

 

 

Qurban Türkün bayrağına !

 

Baş əy dünya, təzim eylə,

Qalib sülhün bayrağına !

Ancaq qələbə əzmiylə,

Əldə Türkün bayrağına !

 

Nəsillərə nəsihət et,

Davam etsin bu estafet,

Diləy elə, dualar et,

Dildə Türkün bayrağına !

 

Ürəklərdə il – il gəzən,

Oba–oymağ, el–el gəzən,

Öpülərək, əl - əl gəzən,

Yerdə Türkün bayrağına !

 

Ay – ulduzla naxışlanan,

Əl çalınıb, alqışlanan,

Zirvələrdə dalğalanan,

Göydə Türkün bayrağına !

 

Qarşısında gəl vəcdə də,

Salam da ver, qıl səcdə də,

İstiqlala, hürriyyətə,

Ərşdə Türkün bayrağına !

 

Dövlət rəmzi, nişanıdı,

Rəngi aldı, öz qanıdı,

Hüseyn onun qurbanıdı,

Qurban Türkün bayrağına !

~~~~~~~~~~~~~~~~~~~~~

06.11.2021 11:35

 

 

Biri Ərdoğandı, biri İlhamdı !

 

Siyasətdə sözün kəskin, sərt deyən,

Bir Ərdoğan, birisi də İlhamdı !

Dediyini məğrur deyən, mərd deyən,

Biri Ərdoğandı, biri İlhamdı !

 

Siyasətin silahına sarılmış,

Millətin yolunda məşəl tək yanmış,

Türkçülüyün keşiyində dayanmış,

Biri Ərdoğandı, biri İlhamdı !

 

Siyasətdə söz sahibi liderlər,

Milli mənfəəti birgə güdənlər,

Atatürkün arxasınca gedənlər,

Biri Ərdoğandı, biri İlhamdı !

 

Zərbə vuran "İtiqovan", "Bayraktar",

Düşmənin başına bu dünyanı dar

Eyləyən sərkərdə, komandan, sərdar,

Biri Ərdoğandı, biri İlhamdı !

 

"Biz bir millət, iki dövlət" deyənlər,

Yumruğunu bir nöqtəyə döyənlər,

Yağı günün göy əksiyə düyənlər,

Biri Ərdoğandı, biri İlhamdı !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

25.10.2020 10:26

Ər oğlu Ərdoğan

 

Ərdoğan Şuşaya gəldi, baş çəkdi,

O, yaltaq yağıya gözdağı çəkdi !

Sənin davamçındı, ay Atatürküm,

Ər oğlu Ərdoğan dünyada təkdi !

 

Siyasət dəllalı, supergüclərə,

Gədə - güdə, gicbəsərə, giclərə,

Yerini göstərir tülkü, biclərə,

Ər oğlu Ərdoğan dünyada təkdi !

 

Arxadı, dayaqdı Azərbaycana,

Başçılıq eyləyir, cümlə Turana,

Nümunə göstərir Türkü İrana,

Ər oğlu Ərdoğan dünyada təkdi !

 

Sonsuz da deyildir, sözün arşını,

Çəkdilər yağının murdar farşını,

İlhamla çaldılar, zəfər marşını,

Ər oğlu Ərdoğan dünyada təkdi !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~

16.06.2021 06:25

 

 

Can Vətən !

 

Bayram günü dodaq gülür, göz gülür,

Bu növrağın mübarəkdi, can Vətən !

Şirin dillər təbrik deyir, söz gülür,

Sevincindən göz yaşarır, üz gülür,

Sənə şöhrət, şan yaraşır, can Vətən !

 

Yaşamağa Yaradan imkan verir,

Meydanda savaşa yol - ərkan verir,

Şəhidlərin, qazilərin qan verir,

Qələbəyə öz canından can verir,

Sənə şöhrət, şan yaraşır, can Vətən !

 

Axşamüstü duman qalxır Şuşadan,

Səman açıq, göylər mavi şüşədən,

Bülbül səsi qoy gəlməsin qəfəsdən,

Şəstlə oxu indi “Şur”, “Şikəstə”dən,

Sənə şöhrət, şan yaraşır, can Vətən !

 

Sülh uğrunda millətimiz səfərbər,

Yağılarla səngərlərdə bu səfər,

Ordumuz da qalib gəldi, müzəffər,

Tarixlərə həkk olundu, bu zəfər,

Sənə şöhrət, şan yaraşır, can Vətən !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

07.11.2021 15:17



RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
XalqTv.com
Zəfər Günümüz Mübarək!!!
  • 08 Nov 2021
  • 3242 baxış
XalqTv.com
Zəfər Günümüz Mübarək!!!
  • 08 Nov 2021
  • 3755 baxış
Xalq tv
Xalq tv
  • 24 Nov 2021
  • 255 baxış