Zəfər Günümüz Mübarək!!!

- 08 Nov 2021
- 3837 baxış
“Xalq tv” olaraq studiyamızda dövlət başçımız, Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında və Azərbaycan Milli
Ordusunun 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında, işğalda olan Vətən
torpaqları – Qarabağımızın mənfur yağılardan azad olunması üçün başladılan 44
günlük müharibə - Vətən müharibəsində şanlı Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları,
düşmənlər üzərində çaldığı qələbə, tarixin yaddaşına həkk olunmuş 8 noyabr “Zəfər
bayramı”nın Azərbaycan xalqı tərəfindən qürurla, sevinclə qeyd olunması
haqqında ehtiyatda olan general-mayor Altay Mehtiyevdən müsahibə almışdır.
Müsahibənin mətnini dəyərli oxucularımıza təqdim edirik.
Bu gün bütün Azərbaycan xalqı, bütün Azərbaycansevərlər
Qarabağ müharibəsində qazandığımız Qələbəmizin il dönümünü --Zəfər Gününü təntənəli
şəkildə qeyd edirlər. Qarabağ müharibəsi miqyasına, dağıntılarına və insan tələfatına
görə dövlətimizin tarixində ağır bir iz buraxsa da, İkinci Qarabağ müharibəsində
-- 44 gün ərzində davam edən döyüşlərdə düşmən ordusunu darmadağın etməklə
tarixdə qaldı. Bu qələbə ölkəmizin
yenilməz qüdrətə malik olduğunu və eyni zamanda bütün ölkələr tərəfindən haqq
yolunda olmağımızu bir daha təsdiq etdi.
Hamımıza məlumdur ki, İkinci Qarabağ müharibəsi
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin nəzarəti və şəxsən
rəhbərliyi altında planlaşdırılmış və müvəffəqiyyətlə həyata keçirilmişdir. Məhz
bu səbəbdən də…
Bu gün bütün Azərbaycan xalqı, bütün Azərbaycansevərlər
Qarabağ müharibəsində qazandığımız Qələbəmizin il dönümünü --Zəfər Gününü təntənəli
şəkildə qeyd edirlər. Qarabağ müharibəsi miqyasına, dağıntılarına və insan tələfatına
görə dövlətimizin tarixində ağır bir iz buraxsa da, İkinci Qarabağ müharibəsində
-- 44 gün ərzində davam edən döyüşlərdə düşmən ordusunu darmadağın etməklə
tarixdə qaldı. Bu qələbə ölkəmizin
yenilməz qüdrətə malik olduğunu və eyni zamanda bütün ölkələr tərəfindən haqq
yolunda olmağımızu bir daha təsdiq etdi.
Hamımıza məlumdur ki, İkinci Qarabağ
müharibəsi Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin nəzarəti
və şəxsən rəhbərliyi altında planlaşdırılmış və müvəffəqiyyətlə həyata
keçirilmişdir. Məhz bu səbəbdən də əks hücum döyüşünə düzgün qərar qəbul edilmiş, qəbul edilən qərara uyğun olaraq
birlik və birləşmələr insan resursları və atəş vasitələri ilə tam şəkildə
komplektləşdirilmiş, döyüşlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün şərait
yaradılmışdır. Qələbə qazanmağımız isə, ən yeni tipli silahlarla silahlanmış
Silahlı qüvvələrimizin bütün güc strukturları arasında qarşılıqlı əlaqənin
yaradılması, vətənpərvər zabitlərimiz rəhbərliyi, igid əsgərlərimizin qəhrəmanlığı,
xalqımızın Ali Baş Komandana və ordumuza dəstəyi nəticəsində mümkün olmuşdur. Nəticədə
düşmən ordusunda qorxu və vahimə hissi, ruh düşkünlüyü yaratmaqla onların
demoralizə olunmasına və nəinki sonrakı hücumdan, hətta müdafiə olunmaqdan belə
imtina etmələrinə nail olunmuşdur.
Müharibə---xalqına, ordusuna inanıb döyüşə
başlamağa hazır olan Dövlət Liderləri arasında bir növ mübarizə formasıdır.
Müharibədə qələbə Liderin müdrikliyindən çox asılıdır. Əsl Lider isə qələbəyə
nail olmaq məqsədi ilə bütün tədbirləri qabaqcadan görməli və həyata keçirilməlidir.
Məhz Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab
İlham Əliyevi Ermənistanın Baş Nazirindən fərqləndirən əsas üstünlük, onun
uzaqgörənliyi, müdrüklüyüdür.Bunun nəticəsində də düşmən ordusunu darmadağın
etməklə dayandırılan ikinci Qarabağ müharibəsində bütün dünya İlham Əliyevı
Qalıb Sərkərdə, Azərbaycan Ordusu güclü ordu, Xalqımızı isə böyük, məğrur,
yenilməz bir xalq olduğunu təsdiqlədi.
Böyük səmimiyyətlə deyə bilərəm ki, İkinci
Qarabağ müharibəsində qələbə
qazanmağımızın birinci və ən əsas səbəbi, düşmən rəhbərliyinin cənab İlham
Əliyevin torpaqlarımızın azad edilməsi məqsədi prezidentliyinə ilk günlərindən
həyata keçirdiyi bütün tədbirləri vaxtında görə və düzgün qiymətləndirə bilməmələri
olmuşdur. Bu səbəbdən də düşmən rəhbərliyi Qarabağ probleminin heç bir itki
vermədən, ancaq sülh yolu ilə həll edilməsi çağırışına məhəl qoymayaraq
Respublikamızın mülkü əhalisi yaşayan ərazilərə bir neçə istiqamətdə hücuma
keçdi. Ancaq Ermənistan ordusunun
darmadağın edilməsindən sonra, düşmən rəhbərliyi cənab İlham Əliyevin əsil sərkərdə
kimi uzaqgörənliyini başa düşdü.
İkinci Qarabağ müharibəsində Qələbəmizin əsas səbəblərindən
biri də, müharibənin başlaması ilə
xalqımızın Prezident-Xalq-Ordu birliyini nümayiş etdirməsi oldu. Bu birliyin səbəbi isə Ali
Baş Komandanın düşüncə və planlarının yenidən formalaşan ordumuzun döyüş
hazırlığı, döyüşə hazırlıq bacarıqları və xalqımızın istək--arzuları ilə
üst-üstə düşməsi olmuşdur. Bəli, qısa bir zamanda xalqımızın Prezident-- XaIq--
Ordu birliyi, həmin anda böyük problemlərlə üzləşən düşmən rəhbərliyi üçün olduqca gözlənilməz
oldu.
İkinci Qarabağ müharibəsi başlanana qədər Ali Baş
Komandanın tələb etdiyi əsas tapşırıqlardan biri də məhz şəxsi heyyətin mənəvi
psixoloji hazırlığının ancaq və ancaq ədalət, rəqabət, şərəf və şöhrət əsasında
yüksəldilməsi olmuşdur. Buna isə, ilk növbədə vətənpərvər, hazırlıqlı zabitlərimizin
əməyi nəticəsində nail olundu. Nəticədə Ordumuzda nizam--intizamın yüksəldilməsi
nəticəsində əsgər və zabitləri nizamnamədən kənar, cinayət tərkibli hərəkət etməkdən,
pis əməllərdən cəkindirmək mümkün olmuşdur.
Qələbəmizin əldə edilməsində cənab İlham Əliyevin şəxsən
nəzarəti altında son illər ərzində alınmış ən yeni tipli silah və texnika,
silahlanmada olan, modernləşdirilməsi nəticəsində döyüş xarakteristikasına görə
düşmənin analoji silahlarından qat-qat üstün olan döyüş texnikası və silahlarla
silahlanması, Qələbəmizin əldə edilməsində həlledici rol oynayan çoxlu sayda
Pilotsiz Uçuş Aparatlarının döyüşlərə cəlb edilməsi olmuşdur.
Bununla yanaşı düşmən üçün gözlənilməz olan qeyri
standart qərarlar qəbul etməklə düşmən ordusunu qısa müddət ərzində diz köməyə
məcbur etməyimiz, nəinki ordumuzda, hətta bütün
dünyada hücum taktikasını dəyişdi.
İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimiz
igidlik, əsil qəhrəmanlıq nümunəsi göstərdilər. Onlar təhkim olunduqları ən
yeni tipli silah və texnika növlərindən döyüşlərin aparılma qaydalarını mükəmməl
bildiklərini, düşməni bütün müddət ərzində, bütün istiqamətlərdə vahimə içərisində
saxlamaqla məhv etmə ustalıqlarını bütün dünyaya nümayiş etdirməyi məharətlə
bacardılar. Düşmənin hərbi obyektlərinə, döyüş texnikasına, birinci eşalon bölmələrinə,
onun ehtiyat qüvvələrinə eyni zamanda zərbələr endirməklə darmadağın edilməsi,
düşmən ordusunda qorxu hissi, ruh
düşgünlüyü yaratdı, onları demoralizə etdi. Bununla da Ordumuzun bütün döyüş
müddəti ərzində düşməni vahimə içərisində saxlaya bilmə bacarıqları bütün
dünyaya nümayiş etdirildi. Bununla da düşmən qüvvələrinin nəinki sonrakı
hücumlardan, hətta müdafiə olunmaqdan imtina etmələrinə nail olundu.
Əlbəttə ki, bölmələrin texniki cəhətdən yüksək səviyyədə
təmin olmasına baxmayaraq, qələbənin əldə edilməsi üçün ordunun döyüş qabiliyyətini
müəyyən edən döyüş ruhunun, nizam--intizamın
yüksək səviyyədə olması da əhəmiyyətli rol oynayır..Məhz vətənpərvər
komandirlərimizin rəhbərliyi sayəsində şəxsi heyətdə yüksək ruh, nizam-intizam,
qələbəyə inam, hərbi ustalıq, kimi xarakterlər tərbiyələndirmək mümkün
olmuşdur.
Biz hamımız İkinci Qarabağ müharibəsində işğal olunmuş torpaqlarımızın azad olunması
zamanı Xüsusi Təyinatlı Qoşunların böyük
qəhrəmanlıq nümayiş etdirərək düşmənin bir neçə müdafiə xəttinin yaranmasının, əsasən
də Şuşanın azad edilməsinin canlı şahidi olduq. Məhz cənab Prezident İlham
Əliyevin XTQ -- zəifləndirilməsinə imkan
verməməsi, əksinə olaraq bütün güc strukturlarında XTQ yaratması və eyni
zamanda onların yeni tipli texnika və silahlarla təmin etməsi, döyüş qabiliyyətinin
artırılmasını daima şəxsən nəzarəti altında saxlaması, Silahlı Qüvələrimizin əsas
heyyəti ilə XTQ arasında qarşılıqlı əlaqənin təşkil ediməsində müstəsna rol
oynamışdır.
Bəli, Qarabağ müharibəsi xalqımıza saysız-hesabsız
qəhrəmanlarını tanıtdı. Onların hər biri haqqında, qəhrəmanlıq nümunələri
olaraq, əsərlər yazılacaq, şeirlər qoşulacaq, mahnılar oxunacaq. Tarixdə heçkim
və heç nə unudulmur !
Qələbəyə nail olmağımızın səbəblərindən biri də
bütün döyüş zamanı məxfiçilik rejiminə tam şəkildə riayət etməklə, əks-hücum əməliyyatının
niyyəti və komandanlığın plan və qərarlarının düşmən tərəfindən öyrənilməsinə
imkan verilməməsidir. Əksinə olaraq yanlış məlumat yayaraq düşməni aldatmaqla
yeni vasitələr və silahlı mübarizə üsulları tətbiq edilməsinə imkan yaradıldı.
Qələbənin əldə edilməsində yaradıcı hərbi
planlaşdırma, döyüşün düzgün idarə olunması, plana uyğun olaraq atəş vasitələri,
insan resursları, döyüşün keçirilməsinə şərait, xalqın dəstəyi və bəlkə də
uğurun bəxt elementləri də mühüm rol oynadı.
Vətən müharibəsi bir daha sübut etdi ki, müharibədə
qələbənin əldə edilməsində əsas aparıcı qüvvə və qələbənin əsas yaradıcısı
xalqdır. Xalqın gücü onların mənəvi birliyindən
çox asılıdır. Buna isə ancaq və ancaq bütün vətənpərvər xalqın birləşməsi nəticəsində nail olmaq mümkündür.
İkinci Qarabağ müharibəsində bu birləşmə nəinki
mümkün oldu, hətta hərbi təhlükə ilə əzmlə və qətiyyətlə mübarizə aparmaqla
praktiki olaraq həyata keçirildi. Nəticədə xalqımızın böyük mənəvi qəhrəmanlıqlarının,
qırılmaz iradələrinin, şüurlu ümümxalq birliyinin, mübarizliyinin şahidi olduq.
Bütün xalqımız tutduqları vəzifələrindən,
daşıdıqları rütbələrindən asılı olmayaraq Vətənə, Ali Baş Komandana və Ordumuza
sədaqətlərini göstərərək torpaqlarımızın azad olunması yolunda sağlamlıqlarını
və hətta həyatlarını belə qurban verməyə hazır olduqlarını şərəflə sübut etdilər.
Bununla xalqımız öz milli xarakterini, ən yüksək insani xüsusiyyətlərini, qəhrəmanlıq
şücaətlərini, əsl Vətənpərvərlik, Vətənə məhəbbətin tükənməzliyini təsdiq etdi.
Fədakar xalqımızın əsl fədakar əməyi ilə düşmən
ordusunun darmadağın edilməsi nəticəsində əldə edilmiş bu qələbə gələcək nəsillərimiz
üçün böyük bir tarixi faktdır. Qələbənin ən böyük əhəmiyyəti isə Qarabağ
müharibəsinin ilk günlərində müxtəlif yollarla qazandıqları "müvəqqəti qələbə"ləri
ilə fəxr edən Ermənistan ordusunun lovğalığına son qoyulması olmuşdur.
Əsgər anaları... Onlar müharibənin ən çətin
anında belə Vətənimizin müdafiəsinə
qalxmış qəhrəman əsgər və zabitlərimizi Vətənimizin müdafiəsinə şərəflə yola
salmışlar. Onlar gecə-gündüz yatmayacaq böyük həyacan və ümidlə müharibədən Qələbə
sevincini gözləyirdilər. Bəli, onlar buna nail oldular. Çox əfsuslar
olsun ki, bir çox analar cəbhədən Qələbə sevinci ilə bərabər acı xəbərlər də
eşitdilər...
Əlbəttə
ki, müharibə şəhidsiz bitmir. Qarabağ
müharibəsində qəhrəman komandirlərimiz, igid əsgərlərimizlə bərabər
mülkü şəxslərimiz, uşaqlarımız da qəhrəmancasına şəhid oldular. Lakin əks
hücum döyüşləri aparmaqla torpaqlarımızı azad etməyimizə baxmayaraq, məhz qəhrəman
komamdirlərimizin əsgərlərimizlə çiyin-çiyinə vuruşmaları, onları mərd komandir
kimi döyüşə aparmaları hesabına şəhidlərimizin sayı müdafiə olunan düşmənin
verdiyi şəhidlərdən dəfələrlə az oldu.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.
Bütüm qazilərimizə Allahdan şəfa diləyirəm.
Azərbaycan xalqını, Azərbaycansevənləri Böyük
Qələbə
Bayramı münasibəti ilə təbrik edirəm !
Yaşasın Ali Baş Komandan !
Yaşasın Azərbaycan Xalqı !
Yaşasın Azərbaycan Silahlı Qüvvələri
!
Qarabağ Azərbaycandır !