Hadisə

Gürcüstanda zəlzələ oldu

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 09 Nov 2021
  • 228 baxış

Gürcüstanda gün ərzində ikinci dəfə zəlzələ olub.

XalqTv.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, 3,5 bal gücündə olan yeraltı təkan Gürcüstanın Zalqa rayonunun Məmişlər kəndi yaxınlığında qeydə alınıb.

Bundan əvvəl saat 18:58-də yenə də Məmişlər kəndi yaxınlığında 3,6 bal gücündə zəlzələ baş verib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR