idman

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisi start götürəcək

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 10 Jun 2022
  • 35896660 baxış

Bu gün Bakı yenidən dünya avtoidman həvəskarlarının diqqət mərkəzinə çevrilib.

AZƏRTAC xəbər verir ki, Bakı iyunun 10-dan 12-dək sayca altıncı dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək.

Formula 1 üzrə dünya çempionatının cari mövsümü 22 mərhələdən ibarətdir ki, onun da səkkizinci Qran-Prisi Bakıda təşkil olunacaq. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR