Dünya

IŞİD-in 8 səhra komandiri məhv edilib

  • 05 Jun 2017
  • 285 baxış

Pakistanda IŞİD terror qruplaşmasının 8 səhra komandiri məhv edilib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistan xüsusi xidmət orqanlarından bildiriblər.

Məlumata əsasən, terrorçulara qarşı əməliyyat Bəlucistan əyalətinin Mastunq şəhəri yaxınlığında keçirilib. Əməliyyat  ötən ay Bəlucistan əyalətində iki Çin vətəndaşının oğurlanması ilə əlaqədar baş tutub. Lakin əyalətin paytaxtı Kvettada oğurlanan çinliləri hələ ki, aşkarlamaq mümkün olmayıb.
 
Qeyd edək ki, ötən ay İŞİD Mastunq şəhərində törədilən və 25 nəfərin ölümünə səbəb olan terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-2108-ishid-in-8-sehra-komandiri-mehv-edilib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11