İqtisadiyyat

Təkraredilməz istirahət seçin!

  • 05 Jun 2017
  • 290 baxış

Otel seçimi - səyahətçi üçün, demək olar ki, əsas məsələdir, çünki Sizin istirahətinizin keyfiyyəti məhz Sizin müvəqqəti evinizin xidmətlərinin keyfiyyətindən və sayından asılı olacaqdır. Əgər Siz təbiətin yaratdığı möcüzələrlə möhtəşəm mənzərənin qonşuluq etdiyi yerdə yüksək səviyyəli xidmət arzulayırsanızsa - onda Sizin üçün ən yaxşı məkan Tekirovadakı ən məşhur otellərdən biri olan Rixos Premum Tekirova 5* olacaq. Burada Siz büllur kimi təmiz dənizin ucsuz-bucaqsız maviliyi ilə birgə meşələrin füsunkar çalarlı zümrüd yaşıllığından zövq alacaqsınız.

Burada qonaqlar darıxmazlar! Onlar üçün gün ərzində zəngin əyləncə proqramı nəzərdə tutulub - su polosu, çimərlik voleybolu, akvaaerobika, akvabayk, yoqa, stretçinq, kangoo jump, dağ velosiped yürüşü, Norveç gəzintisi, oxatma kimi müxtəlif oyunlar və idman tədbirləri, eləcə də müxtəlif yarışlar. Axşam saatlarında hamı canlı musiqi və rəqslərlə keçən ecazkar şoulara dəvət olunur.

İnsan uzaq ölkəyə səyahət etdikdə, təbii ki, onun atmosferinə qərq olmaq istəyir, onun nabələd koloritini müşahidə etmək, hiss etmək və daha əvvəl görmədiklərini tanımaq istəyir. Otelin firuzəyi rəngdə dənizin əhatəsində sıx şam meşələriylə örtülmüş Tavr dağlarının ətəyində və eyni zamanda bir çox görməli turistik yerlərin bilavasitə yaxınlığında yerləşməsi onu turistlərin gözündə daha da cazibədar edir. Siz mütləq Faselis və Olimpos antik şəhərlərini, atəşli dağ Yanartaşı ziyarət etməlisiniz, eləcə də kanat yolu üzrə Taxtalı dağının zirvəsinə qalxmalısınız. Sizin, həmçinin dayvinqlə məşğul olmaq və "3 ada" dayvinq-zonasının sualtı mağaralarını tədqiq etmək, Çamyuvdakı rançoda at sürmək və Tekirovanın sahili üzərində paraşütdə uçmaq şansınız var. Axı əsas odur ki, istirahətiniz baş tutsun!

Oteldə balaca qonaqlara xüsusi diqqət ayrılır. Övladlarınız özlərini əsl qəhrəman kimi hiss edəcəklər. Rixy Club - unudulmaz təəssüratlar, çoxlu həyəcan və sehrli istirahət bəxş edəcək bir nağıl dünyasıdır, bura ayrı bir şəhərcikdir. Klubun geniş ərazisində uşaq amfiteatrı, uşaq hovuzları, meydançalar və hər yaşa uyğun oyun otaqları, uşaq restoranı, kəndirli macəralar parkı, uşaq kinoteatrları, bədii studiyalar və həm uşaqların, həm də böyüklərin xeyli adrenalin ala biləcəkləri böyük akvapark yerləşir. Qayğıkeş valideynlər Rixy uşaq şəhərciyini dəyərləndirəcəklər: burada altı aydan başlayaraq uşaqlarla onların istirahətinə emosiya və məna qataraq peşəkar müəllimlər və animatorlar məşğul olurlar. Oyunlar, tamaşalar, yaradıcı siniflər, rejim üzrə sağlam qidalanma - ata-ana isə smartfondakı proqramın köməyi ilə uşaqlarını izləyə bilərlər.

Keyfiyyət və dəbdəbə Sizə oteldə özünüzü xüsusi qonaq kimi hiss etməyə imkan verəcək. Rixos Premium Tekirova qonaqlara mükəmməl həyat tərzi və xidmət səviyyəsi, habelə Standart otaqlardan başlayaraq VIP xidmətli villalara qədər alternativ yerləşmə variantlarını təklif edir. Ailəvi istirahət üçün ən mühüm amil - uşaqların keyfiyyətli istirahəti və rahatlığıdır. Bu səbəbdən də otaq seçərkən ayrı zonada, Rixy uşaq klubuna bilavasitə yaxın yerləşən yeni ikimərtəbəli Pool Villa otaqlarına diqqət yetirmək lazımdır. Bu villaların qonaqları aşağıdakı imtiyazlara malikdirlər: şəxsi hovuz və restoran, batler xidmətləri və hər bir qonağa fərdi yanaşma. Pool Villa-ya üstünlük verməklə Siz dəbdəbə, gizlilik, qayğı, diqqət və təkraredilməz istirahət seçirsiniz!

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR