idman

"Middlsbro"dan "rekord"

  • 09 May 2017
  • 253 baxış

İgiltərə Premyer Liqasının 36-cı turunda "Çelsi" ilə qarşılaşan "Midlsbro" 0:3 hesablı məğlubiyyətə üzülüb. 

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu nəticə ikincilərin Premyer Liqanı tərk edəcəyi 2 tur öncədən rəsmiləşib.
 
Belə ki, hazırda aktivində 28 xal olan və 19-cu pillədə qərarlaşmış şimali yorkşirlilər son iki oyunda qalib gəlsələr belə 17-ci sıradakı "Suonsi"yə (35 xal) çata bilməyəcəklər.
 
Maraqlıdır ki, daha əvvəl aşağı dəstəyə düşməsi rəsmiləşmiş "Sanderlend"dən sonra eyni vəziyyətlə barışmalı olan "Middlsbro" bu "uğuru" rekord sayda - 4-cü dəfə yaşayıb.
 
Artıq Çempionşipdən Premyer Liqaya yüksələcək iki komandanın adına da aydınlıq gəlib. Bunlar "Nyukasl" və "Brayton"dur.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/23/cached-xeber-216-middlsbrodan-rekord..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11