İqtisadiyyat

""Snam" TAP layihəsinin genişləndirilməsi ilə bağlı təklif irəli sürməyib"

  • 06 Jun 2017
  • 314 baxış

"İtaliyanın "Snam" şirkəti "Qazprom"la danışıqlar zamanı Transadriatik Qaz Kəmərinin (TAP) genişləndirilməsi ilə bağlı heç bir təklif irəli sürməyib".

XalqTV.com xəbər verir ki, bunu Trend-ə TAP-ın səhmdarlarından olan "Snam" şirkətinin rəsmi nümayəndəsi deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Kommersant" qəzetində "Qazprom"un Yunanıstan və İtaliyaya "Poseidon" kəməri vasitəsilə qaz ixrac etmək niyyətində olduğu barədə məlumat yer almışdı.

Məlumatda qeyd olunmuşdu ki, "Snam" rəhbərliyi bunun əvəzində TAP kəmərinin genişləndirilməsi məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-2180-snam-tap-layihesinin-genishlendirilmesi-ile-bagli-teklif-ireli-surmeyib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11