idman
Kriştianu Ronaldunun əkiz övladları doğulacaq - FOTO
İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu, 32 yaşlı Kriştianu Ronaldunun bu yaxınlarda əkiz övladları dünyaya gəlməlidir.
XalqTV.com ABC-yə istinadən bildirir ki, onları ABŞ-da surroqat ana doğacaq.
Ronaldunun 6 yaşlı oğlu Kriştianunun anası ilə bağlı situasiya, deyəsən, təkrarlanır. Belə ki, "Real"ın ulduzu oğlunun anasına 13 milyon dollar ödəyərək onun sükutunu satın almışdı.
Ronaldunun dünyaya gələcək əkizlərinin anasının kimliyi də bilinmir. Sadəcə, həmin əkizlərin doğulandan sonra Kriştianu Ronaldunun Madrid yaxınlığında, 8 milyon dollarlıq malikanəsinə aparılacağı bəllidir.
K.Ronaldunun əkiz övladlarının yayda doğulacağı gözlənilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR








