Çində neft-kimya zavodundakı partlayış: 10 ölü
Çinin Şandun vilayətində neft-kimya zavodunda ötən gün baş verən partlayışda ölənlərin sayı 10-a çatıb.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, xilasedicilər bu gün daha 2 nəfərin cəsədini dağıntılar altından tapıblar.
Sinxua agentliyi hadisə ilə əlaqədar yaradılmış fövqəladə komissiyaya istinadla xəbər verir ki, cəsədlərin kimlərə məxsus olması təsdiq olunub.
Xatırladaq ki, ötən gün gecə 1:00 radələrində Şandun vilayətinin Linyi şəhərindəki neft-kimya zavodunda sıxılmış maye qaz çəni partlamışdı. Yaranmış yanğın təxminən 13 saatdan sonra nəzarət altına alınmışdı. Hadisə nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanalara yerləşdirilib. Hazırda axtarış və təhqiqat işləri davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində








