SAĞLAMLIQ

ORUC TUTANLARA: iftarınızı bununla açın

  • 07 Jun 2017
  • 290 baxış

Ramazan ayında oruc tutanların sağlamlıq problemi yaşamaması üçün mütəxəssislər ilk növbədə sağlam və təbii qidalar yeməyi məsləhət görür. Belə qidalardan biri də baldır. Xüsusən də Ramazan ayında xam balı süfrələrdən əskik etməmək lazımdır. Niyə?

XalqTV.com ailem.az-a istinadən bildirir ki, xam bal oruc tutan zaman uzun müddət ac və susuz qalan mədəni qorumaq üçün ideal qidadır.
 
Həzm sistemini rahatladan qidaların başında gələn xam bal mədə köpünün qarşısını alaraq, bağırsaqların daha yaxşı işləməsinə kömək edir. Bundan başqa, xam bal tərkibindəki vitamin və minerallarla qaraciyərdən toksinlərin atılmasına da yardımçı olur.
 
Ramazan ayında uzun müddət ac qalmaq mədə şikayətlərinin yaranmasına səbəb olur.  Bu şikayətlərə də təbii həll yolu olaraq bal məsləhət görülür. Bal yaranın sağalmasını tezləşdirir. Buna görə orucunuzu bir çay qaşığı xam balla aça bilərsiniz. Yaxşı olar ki, iftarınızı açarkən xam balı su ilə qarışdırıb içəsiniz. Uzun müddət ac qalmaq mədə turşuluğunu artırır və boş mədəyə xam bal yemək rahatladıcı təsir göstərəcək. Bundan başqa qana sürətlə qarışdığı üçün beyinə toxluq hissi tez ötürüləcək. Ballı su bağırsaqların daha yaxşı işləməsinə kömək edərək, qəbizliyin də həllinə kömək edəcək.
 
Xam balı şirniyyata alternativ olaraq da yemək olar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO