İqtisadiyyat

"Bu il Aİ-nin Azərbaycanın xarici ticarətindəki payı 38 faiz olub"

  • 08 Jun 2017
  • 327 baxış

Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycanın ümumi əmtəə dövriyyəsindəki payı cari ilin ilk 4 ayında 38 faiz olub.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı biznes-forumunda deyib.

Nazir qeyd edib ki, ötən il bu göstərici 35 faiz təşkil edib.

Ş.Mustafayev bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas kapitalında iri investordur:

"Ötən müddət ərzində Azərbaycanın əsas kapitalına Aİ investisiyaları təqribən 20 milyard dollar və ya sərmayələrin ümumi həcminin 46 faizini təşkil edib. Eyni zamanda Aİ tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 3 milyard dollar sərmayə yatırılıb ki, bu da həmin sektora qoyulmuş investisiyaların ümumi həcminin 35 faizini təşkil edir. Hazırda ölkəmizdə 1300-dən çox Avropa şirkəti fəaliyyət göstərir".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-2298-bu-il-ai-nin-azerbaycanin-xarici-ticaretindeki-payi-38-faiz-olub..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11