idman

"Azarkeşlər hər oyunda Messidən 3 qol görməyə öyrəşib"

  • 08 Jun 2017
  • 238 baxış

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola argentinalı ulduz Lionel Messi haqqında danışıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, katalon mütəxəssis növbəti dəfə ona heyranlığını ifadə edib.

"Messinin beynində olmaq istərdik. O, futbol üçün nəzərdə tutulmuş, super istedada malik oyunçudur. Messi tarixdə ən görkəmli futbolçulardan biri olmaqla yanaşı, idman tarixində də vacib simalardandır. Hər kəs onun qeyri-adi nəsə edəcəyini gözləyir.

Azarkeşlər hər oyunda Messidən 3 qol görməyə öyrəşib. Bu cür təzyiqin öhdəsindən yalnız onun səviyyəsində futbolçu gələ bilər. Messidə topu pis saxlamaq və qeyri-dəqiq ötürmə etmək yoxdur. Çətin işləri onun kimi asanlaşdıran kimsə yoxdur. Başa düşürəm ki, vaxt gələcək, Leo karyerasını bitirəcək. Ona görə onun bütün etdiklərini diqqətdə saxlamağa çalışıram".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/21/cached-xeber-2313-azarkeshler-her-oyunda-messiden-3-qol-gormeye-oyreshib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11