idman
İspaniyalı mütəxəssis istefaya göndərildi
"Rubin"in baş məşqçisi Xavyer Qarsiya istefaya göndərilib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, rəhbərlik onunla müqaviləni pozmaq qərarına gəlib. Qarsiyanın rəhbərliyi altında ötən mövsüm Kazan təmsilçisi Rusiya Premyer Liqasında 9-cu pilləni tutmuş və ölkə kubokunun yarımfinalına kimi irəliləmişdi. "Rubin"in yeni baş məşqçisinin Kurban Berdıyev olacağı gözlənilir. Təcrübəli müxtəsəsis bir müddət öncə "Rostov"la yollarını ayırmışdı.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR








