Allergiyaya qarşı üsul tapıldı
Bir çox insanlar allergiya səbəbindən bəzi qidalardan uzaq durmalı olurlar. Elm adamları qidaya qarşı olan allergiyanı birdəfəlik həll edəcək bir müalicənin laboratoriya heyvanları üzərində sınağın uğurlu olduğunu bildirib.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">deyerler.org-a istinadən bildirir ki, avstraliyalı elm adamları fıstıq, dəniz məhsulları və digər ərzaqlara qarşı allergiyanı birdəfəlik həll edəcək bir müalicənin laboratoriya şəraitində uğurlu nəticələr verdiyini vurğulayıb.
Elm adamları apardıqları genetik tənzimləmə texnikası ilə immunitetin zərərsiz qidaları ziyanverici olaraq görməsinə mane olduğunu bildirir.
Siçanlar üzərində aparılan sınaqda, immunitetin mübarizə apardığı T hüceyrələrinin, zərərsiz yeməklərə qarşı "laqeyd" hala gətirilməsi təmin olunub.
Ekspertlərə görə insanlar üzərindəki sınaqla bu yeni müalicə 5-6 il ərzində klinik olaraq tətbiq olunacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində