SAĞLAMLIQ

İdmandan öncə çuğundur şirəsi içsəniz... - FOTO

  • 09 Jun 2017
  • 266 baxış

Alimlər yaşlı insanlara idmandan öncə çuğundur şirəsi içməyi məsləhət görür.

XalqTV.com bildirir ki, Ueyk Forest Universitetinin bir qrup tədqiqatçısı müəyyən edib ki, hipertoniyadan əziyyət çəkən ahıllar bədən tərbiyəsi ilə məşğul olmalıdırlar. Alimlər onlara bədən hərəkətlərindən əvvəl çuğundur şirəsi içməyi məsləhət görürlər. Belə əlaqələndirmə beyni, demək olar, cavanlıqda olduğu kimi yaxşı vəziyyətdə saxlamağa kömək edir.

Çuğundur şirəsinin tərkibində nəinki bir sıra müxtəlif bəsləyici maddələr var, o, həm də orqanizmə azot monooksidi istehsal etməyə imkan verən birləşmələrlə zəngindir. Bu molekullar qan damarlarının daralmasında və genəlməsində çox vacib rol oynayır. Mütəxəssislərin fikrincə, bu xüsusiyyəti çuğundur şirəsini hipertoniyadan əziyyət çəkən insanlara daha faydalı edir. Xüsusən də bədən hərəkətlərindən əvvəl içiləndə.

Mütəxəssislər tədqiqata yaşı 55-dən çox olan, yüksək qan təzyiqindən əziyyət çəkən və bu problemi aradan qaldırmaq üçün maksimum iki dərman preparatı qəbul edən 26 kişi və qadın dəvət ediblər. İştirakçılardan bu və ya digər içkini içmək, sonra isə bir müddət qaçış cığırında məşq etmək tələb olunub. Mütəxəssislər altı həftə ərzində iştirakçıların sağlamlıq durumunda, o cümlədən onların beyinlərində baş verən dəyişiklikləri izləyiblər. Məlum olub ki, məşqdən əvvəl çuğundur şirəsi içənlərin beyinlərinin vəziyyəti eksperiment müddətində nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. 
Bu və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam nəsil" Lider TV-də şənbə günü saat 15:00-da. https://www.youtube.com/c/saglamnesil

https://www.facebook.com/SaglamNesil/?fref=ts

Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

İnformasiya dəstəyi - Trend.az, Day.az, XalqTV.com

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO