Millimizin yeni səfər forması - FOTO
Milli komandamızın yeni səfər forması təqdim edilib.
XalqTV.com Trend-ə istinadən bildirir ki, səfər forması qırmızı rəngdədir. Bundan əvvəl təqdim edilən ev oyunları üçün forma isə göy rəngdədir.
Qeyd edək ki, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana "Nike" istehsallı formada çıxacaq.
Bundan əvvəl seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən "Umbro" və "Nike" şirkətləri ilə danışıqlar aparıb. "Nike" şirkəti "Umbro" ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə "Nike" arasında razılıq əldə olunub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində