Natiq Əliyevin cənazəsi Bakı Mədəniyyət Mərkəzinə gətirildi - YENİLƏNİB
10:54
İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.
XalqTV.com APA-ya itinadən xəbər verir ki, mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına Azərbaycan Prezidentindən və digər ünvanlardan göndərilən əklillər düzülüb.
Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.
Mərasimin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.
N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.
----------
09:49
İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi Bakıya gətirilib.
XalqTV.com APA-ya itinadən xəbər verir ki, cənazə vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə aparılıb.
Vida mərasiminin ardından N. Əliyev bu gün Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.
N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.
----------
09:12
İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi xüsusi təyyarə ilə Bakıya yola salınıb.
XalqTV.com APA-ya itinadən xəbər verir ki, bu gün onunla vida mərasimi keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində