idman

"Onun arvadı məndə olsa evdən çıxmazdım" - FOTO

  • 10 Jun 2017
  • 289 baxış

Braziliyalı Ronaldo "El Hormiguero"ya müsahibəsində "Real"da oynadığı dönəmlə bağlı maraqlı xatirələrini danışıb.

XalqTV.com fanat.az-a istinadən bildirir ki, veteran futbolçu gecə həyatına marağının klub rəhbərliyinin narazılığına səbəb olduğunu bildirib:

"Bir gün klub prezidenti Florentino Peres mənə "Ronnie, niyə evində daha çox vaxt keçirtmirsən? Bax Fiqoya. O, həmişə evindədi, həyat yoldaşının yanında" deyib danladı. Mən də "Fiqonun arvadını görmürsən? O, mənim həyat yoldaşım olsaydı, mən də gecə əyləncəyə qaçmazdım, həmişə evimdə oturardım" deyə cavab verdim".

"Yekədiş" Florentino Peresin onun sözlərini Fiqoya çatdırdığını vurğulayıb: "Başqan dediklərimi Fiqoya danışmışdı. Çaş-baş qalmışdım. İnsanlar mənim əyləncələrimi çox müzakirə edirdi. Amma bu məclislərin nə qədər mükəmməl olduğunu bilmirdilər".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/21/cached-xeber-2435-onun-arvadi-mende-olsa-evden-cixmazdim---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11